Gənclər və idman nazirliyi rəsm müsabiqəsi elan etdi

Gənclər və idman nazirliyi “İdman – sən bir dünyasan!” mövzusunda ümumrespublika rəsm müsabiqəsi elan edib. Allsport.az xəbər verir ki, müsabiqənin məqsədi uşaq, yeniyetmə və gənclərdə idmana olan maraq və sevginin artırılması, gənclər arasında incəsənətin inkişafı, sağlam və fəal həyat tərzinin aşılanmasıdır.

Müsabiqənin mövzusu bütün idman növlərini əhatə edir. Təqdim olunacaq rəsm əsərləri A4 ölçüsündən balaca olmamaq şərti ilə istənilən ölçüdə, material və texnikada ola bilər.

Müsabiqə 6-10, 11-14, 15-19 yaş və 20 yaşdan yuxarı kateqoriyalar üzrə keçirilir.

Hər yaş qrupu üzrə ilk 3 yeri tutan qaliblərə diplom və Olimpiya İdman komplekslərində 3 günlük ailəvi istirahət paketi təqdim ediləcək.

Rəsm əsərləri fevralın 22-dək gənclər və idman nazirliyinə təqdim olunmalıdır.

Həmin kateqoriyadan