- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün gənclər və idman nazirliyinin rəsmiləri Olimpiya Güləş Mərkəzində olub. Allsport.az saytı xəbər verir ki, nazir müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov və aparıcı məsləhətçi Yaşar Rzayev güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərovla birgə sentyabrın 14-22-də Qazaxıstan paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək komandalarla görüşüb.
Onlar həm yunan-Roma, həm də “sərbəstlər”ə lisenziya xarakterli mundialda uğurlar arzulayıb və onların qalib gələcəklərinə inandıqlarını deyiblər. Qeyd edək ki, yarışın ilk günlərində mübarizə aparacaq yunan-Roma güləşçilərimiz sabah Qazaxıstana yollanacaq. Sərbəst güləşçilər isə sentyabrın 16-da səfərə çıxacaq.