Georgi Çixradze: “Əsəbi idik”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 5:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Qələbə qazanmaq vacib idi. Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı. Vəzifənin öhdəsindən gəldik. Deyim ki, oyun bizim üçün yaxşı başlamadı. Əsəbi idik. Oyun dünən keçirilməli idi. Lakin məlum səbəblərdən təxirə salındı. Bu gün isə qarşılaşma erkən start götürdü. Bunun da oyunumuza təsiri oldu. Amma vaxt keçdikcə vəziyyəti düzəldə bildik. Artıq fasilə yaranıb. Biz qısa müddətdə istirahət edəcəyik. Daha sonra Türkiyədə qış hazırlığına start verəcəyik”.

Həmin kateqoriyadan