- Baxış sayı: 35
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çətin və gərgin oyun alındı. Matçın 1-ci dəqiqəsindən sonuncu dəqiqəsinə qədər hesabın dəyişməsi təhlükəsi vardı. Oyunçularım bu görüşün mahiyyətini dərk edirdilər. Çünki qazanılacaq qələbə bizi turnir cədvəlinin 4-cü pilləsinə yüksəldəcəkdi. Çempionatın sonuna qədər bu pilləni qorumalıyıq ki, Avropa Liqasına yollanaq”.