- Baxış sayı: 62
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk yarıda 2-ci qolu da vurmağı bacardıq. Matça 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2,3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”.