Georgi Nikolov azarkeşlərlə görüşdü

Bu gün “İnter”in prezidenti Georgi Nikolov “İnter” Azarkeş Klubunun üzvləri ilə görüşüb. Allsport.az xəbər verir ki, “İnter Arena” stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə Nikolov komandaya göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.

Azarkeş klubları arasında münasibətlərin normal saxlanılmasının əhəmiyyətinə toxunan klub prezidenti əlavə edib ki, “İnter” fanatları oyunlarda komandalarını həmişə olduğu kimi dəstəkləməli, oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verməməlidirlər.

“İnter” fanatlarının indiyədək ciddi insidentlərə yol vermədiklərini alqışlayan Nikolov belə xoş tendensiyanın bundan sonra da müşahidə ediləcəyinə əmin olduğunu vurğulayıb. Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr aparılıb.

Həmin kateqoriyadan