Bizdən kimlər finala yüksəldi?

Milli gimnastika arenasında bədii gimnastika üzrə “AGF inkişaf” beynəlxalq turnirinin ilk günü başa çatıb. Allsport.az saytı xəbər verir ki, ilk gündə gənclər və böyüklər yaş kateqoriyasındakı gimnastlar fərdi proqramda top və halqa ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə çıxışlarını nümayiş etdiriblər.

Ölkəmizi bu turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edirlər.

İlk günün təsnifat mərhələsinə əsasən halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva final mərhələsinə yüksələ biliblər.

Həmin kateqoriyadan