- Baxış sayı: 74
- 15 Dekabr 2025 20:36

- Baxış sayı: 156
- Dekabr 19, 2025
- 0


Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kubokunun ilk günü arxada qalıb.
Allsport.az xəbər verir ki, azərbaycanlı gimnast yarımfinala vəsiqə qazanıb.
Selcan Maqsudova təsnifat mərhələsində 54,100 bal toplayaraq, 10-cu pillədə yer alıb. Bu nəticə ona yarımfinala yüksəlmək şansı verib.
Kişilərin mübarizəsində Hüseyn Abasov (53, 980), Nicat Mirzəyev (52,650) və Mehti Əliyev (49,300) yarışla erkən vidalaşıblar.
Qeyd edək ki, dünya kuboku milli gimnastika arenasında keçirilir.