- Baxış sayı: 40
- 13 Aprel 2025 12:11
- Baxış sayı: 41
- Aprel 14, 2025
- 0
Serbiyanın Zlatibor şəhərində keçirilən İSF U15 gimnaziada idman oyunlarında 3×3 basketbol idman növü üzrə ikinci oyun günü arxada qalıb.
Allsport.az xəbər verir ki, mübarizəyə ilk öncə qızlar başlayıb. Onlar günün birinci oyununda Hindistanın əsas komandasını 21-1 hesabı ilə darmadağın ediblər. Günün ikinci oyununda isə 7-9 hesabı ilə Estoniya komandasına məğlub olublar.
Oğlanlardan ibarət komanda Çilinin əsas komandasına 7-17 hesabı ilə məğlub olsa da, sonrakı oyunda 14-4 hesabı ilə Benini məğlub edib. Onlar günün sonuncu oyununda Serbiya 2 komandasına 21-10 hesabı ilə qalib gələrək, “B” qrupunda ikinci pilləyə yüksəlib.
Bu nəticələrdən sonra Azərbaycanın oğlan komandası 1/8 finala vəsiqəni təmin edib, qızlar isə ilk dördlük uğrunda mübarizəni davam etdirirlər.