GİN-də 4 saatlıq toplantı. Nəticə yoxdur! İdmanda şiddətə və qətillərə davam?

Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı dünən gənclər və idman nazirliyində (GİN) toplantı olub. Allsport.az saytının əldə etdiyi məlumata görə, saat 11:00-da başlayan yığıncaq düz 4 saat çəkib. Müxtəlif fikirlər səsləndirilsə də, çarə tapılmayıb. Bu üzdən iclas belə uzun davam edib və nazirliyin trolları sosial şəbəkələrdə günahı digər qurumlarda axtarmağa başlayıblar. Əks halda, görüntü və əyləncəni sevərlər bunu çoxdan ictimailəşdirmişdilər.

Səbəb isə, su kimi aydındır: 2021-ci ilin noyabrından vəzifə başına keçən nazir müavini Mariana Vasilyeva, nazir Fərid Qayıbovdan bütün səlahiyyətləri alaraq, mərhum Azad Rəhimovun bütün bacarıqlı kadrlarını uzaqlaşdırıb. Onları nəinki işdən kənarlaşdırıb, əksəriyyətinə başqa yerdə çalışmalarına da mane olub və olur. Bu məsələdə yeni idman şöbəsinin müdiri Elnur Məmmədov da çox canfəşanlıq göstərib. Onların qara siyahısında daha bir neçə dövlət quluqçusu var.

Bununla yanaşı, indi nazirliyin yeni qərəzli rəhbərliyi bir-birini didməklə məşğuldur. İntriqalar zirvə həddinə çatıb. Komanda üzləri artıq növbə ilə yola salınır. Srağagün nazirin müşaviri Fidan Rüstəmli işdən azad olunub. Sözü gedən şəxsləri nə idman, nə də Azərbaycan xalqı maraqlandırır. Bu üzdən, son zamanlar idman arenalarında şiddət və ölüm halları adiləşib.

Fərid Qayıbova gəlincə, o, öz işindədir. Bu gün nazirin növbəti nöqteyi-nəzəri işıq üzü görüb. Yeni rekordlardan bəhs edilən buraxılışda problemlərdən başqa hər şeyə toxunulub. Sakit təbiətli, gülərüz, sadə və təmkinli dövlət məmuru bəlkə də heç nazir olduğunun fərqində deyil.

Xatırladaq ki, bu günlərdə Sumqayıt 1 saylı uşaq-gənclər idman məktəbinin 1994-cü il təvəllüdlü cüdo-sambo məşqçi-müəllimi Mehman Xəlilov, çalışma zamanı Fərid Bakarovu ciddi zədələyərək, azyaşlı idmançının ölümünə səbəb olub.

Həmin kateqoriyadan