- Baxış sayı: 97
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İyulun 9-da gənclər və idman nazirliyinin növbəti kollegiya iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
İclasda kollegiya “Öyrədənlər platforması” barədə təqdimat dinlənilib və layihənin icra edilməsi barədə qərar qəbul edilib. Həmçinin 2024-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı müzakirə olunaraq səsvermə ilə təsdiqlənib.
Tədbirdə həmçinin idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb və nazirliyin kollegiya qərarı ilə Ramal Əsgərov və İlqar Tağıyev “Azərbaycan respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüblər.