- Baxış sayı: 38
- 20 Noyabr 2024 16:57
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İdmanda kütləviliyin artırılması və əhalinin sağlam həyat tərzinə cəlb olunması istiqamətində çoxlu işlər görülür. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi ilə futbolun inkişaf fondu bu sahənin cəmiyyətə müsbət təsirinin ölçülməsi və əhalinin sağlam həyat tərzinə cəlb edilməsi yönündə Mingəçevir şəhərində “Sağlam gələcək” adlı layihə həyata keçirir.
Bu layihə Bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransında (MİNEPS VII) təsis edilən “Fit for Life” alyansında keçirilən pilot layihədir. İştirakçılar (15 oğlan və 15 qız) futbol təlimlərində iştirak edirlər. Həmçinin onlar üçün UNİCEF-in Əsas həyat bacarıqları (ƏHB) proqramına uyğunlaşdırılmış “Özünü tanıma”, “Şəxslərarası ünsiyyət bacarıqları” və “Düşünmə bacarıqları” mövzularını əhatə edən seminarlar təşkil olunur.