GİN ilin ən yaxşılarını açıqladı

Dekabrın 23-də gənclər və idman nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi təşkil edib. 

Allsport.az “Buta Palace”da keçirilən tədbirdə idman təşkilatlarının və federasiyaların rəhbərləri, media nümayəndələri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Açılış mərasimində Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib. Ölkə idmanına göstərilən qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə idman ictimaiyyəti adından təşəkkür edən nazir növbəti ildə də idmançılarımıza qələbələr arzulayıb. 

Mərasimdə Fərid Qayıbov nazirliyin xüsusi mükafatlarını təqdim edib. Xüsusi mükafatlara deflimpiya oyunları tarixində ölkəmizin ilk medalını qazanmış cüdoçu Coşqun Əliyev, boks üzrə dünya çempionu Sübhan Məmmədov, Azərbaycan atçılıq federasiyası və cüdo üzrə qarışıq milli komanda layiq görülüblər.

Ardınca 2025-ci ilin idman yekunlarını əks etdirən hesabat videoçarxı təqdim olunub. Aparılmış sorğular əsasında müəyyənləşdirilən müxtəlif nominasiyalar üzrə ilin qalibləri mükafatlandırılıb.

Müxtəlif nominasiyalar üzrə aşağıdakı qaliblər təltif ediliblər.

2025-ci ilin ən yaxşı idman veteranı:

1. Tərlan Həsənov

2. Tamilla Bünyatova

3. Məhəmməd Müslümzadə

İlin “Ədalətli Oyun” nominasiyası üzrə:

1. Azərbaycan badminton federasiyası

2. Azər İlyasov (kanoe və avarçəkmə)

3. Rauf Məmmədov (şahmat)

İlin ən yaxşı uşaq-gənclər idman məktəbi:

1. “Ulduz” futbol akademiyası

2. Respublika kompleks idman məktəbi

3. Şuşa rayon uşaq-gənclər idman məktəbi

İlin ən yaxşı idman filmi və videoçarxı:

1. Everest zirvəsini fəth etmiş ilk azərbaycanlı xanım alpinist Elmira Aslanovadan bəhs edən “Arzunun ardınca” filmi

2. Azərbaycan şahmat federasiyasının “Baku open 2025 – beynəlxalq şahmat festivalı” üçün hazırladığı videoçarx

3. Azərbaycan taekvondo federasiyasının “Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən!” videoçarxı

İlin ən yaxşı idman fotoqrafı:

1. İlqar Cəfərov (Azərtac)

2. İslam Atakişiyev (İdman.biz)

3. Samirə Həsənova (“Report”)

İlin ən yaxşı idman media qurumu (onlayn media):

1. İdman.biz

2. Azərtac

3. “Report”

İlin ən yaxşı idman media qurumu (TV-lər):

1. İctimai TV

2. CBC sport

3. İdman TV

İlin ən yaxşı idman jurnalisti (onlayn media):

1. Elmir Əliyev (Haqqın.az)

2. Elnur Salahov (Azərtac)

3. Səbuhi Musa (Prosport.az)

İlin ən yaxşı idman jurnalisti (TV-lər):

1. Arifə Lətifova (CBC Sport)

2. Fəridə Abdulla (İctimai TV)

3. Vüqar Nəzərov (İdman TV)

İlin ən sosial media fenomeni:

1. Tofiq Əliyev

2. Səhər Mehman

3. Günay Arazova

İlin ən yaxşı idman klubu:

1. “Ocaq Sport” idman klubu

2. “Neftçi” idman klubu

3. DİN idman cəmiyyəti

İlin ən yaxşı idman qurğusu:

1. Milli gimnastika arenası

2. Gəncə idman sarayı

3. Tofiq Bəhramov adına respublika stadionu

İlin ən yaxşı olimpiya idman kompleksi:

1. Quba OİK

2. Şəki OİK

3. Şirvan OİK

İlin ən yaxşı idman həkimi:

1. Zaur Abdullayev (boks)

2. Müşviq İbrahimov (güləş)

3. Ramil Vəliyev (cüdo)

İlin ən yaxşı hakimi:

1. Nazim Umbayev (cüdo)

2. Eldar Zülfüqarov (voleybol)

3. Cahangir Babayev (karate)

İlin ən yaxşı idman tədbiri:

1. III MDB oyunları

2. Minifutbol üzrə dünya çempionatı

3. “UFC Fight Night”

İlin ən yaxşı idman dəstəkçisi:

1. iticket.az

2. Azercell

3. “Arena Plaza”

Uğurlu beynəlxalq əməkdaşlığa görə:

1. Azərbaycan avtomobil idmanı federasiyası

2. Azərbaycan üzgüçülük federasiyası

3. Azərbaycan kanoe və avarçəkmə federasiyası

İlin ən yaxşı idman federasiyası:

1. Azərbaycan cüdo federasiyası

2. Azərbaycan boks federasiyası

3. Azərbaycan gimnastika federasiyası

İlin kişilərdən ibarət ən yaxşı klub komandası:

1. “Qarabağ” futbol komandası

2. “Sabah” basketbol klubu

3. “Kür” həndbol komandası

İlin qadınlardan ibarət ən yaxşı klub komandası:

1. “Azərreyl” voleybol komandası

2. “Neftçi” futbol komandası

3. “Azəryol” həndbol komandası

İlin kişilərdən ibarət ən yaxşı milli komandası:

1. Minifutbol üzrə milli komanda

2. Boks üzrə milli komanda

3. Yunan-Roma üzrə milli komanda

İlin qadınlardan ibarət ən yaxşı milli komandası:

 1. 3×3 basketbol üzrə milli komanda

2. Şahmat üzrə milli komanda

3. Futbol üzrə milli komanda

Qeyri-olimpiya növləri üzrə ilin ən yaxşı məşqçisi:

1. Elşad Quliyev (minifutbol)

2. Nicat Abbasov (şahmat)

3. Hikmət Hacıyev (kikboksinq)

İlin ən yaxşı qadın məşqçisi:

1. Əminə Əbdullətif (cüdo)

2. Fəridə Əzizova (taekvondo)

3. Samirə Hüseynova (qılıncoynatma)

İlin ən yaxşı kişi məşqçisi:

1. Qurban Qurbanov (futbol)  

2. Riçard Trautman (cüdo)

3. Elbrus Rzayev (boks)

İlin ən yaxşı paralimpiyaçısı:

1. İlham Zəkiyev (paracüdo)

2. Raman Salei (paraüzgüçülük)

3. Kamran Zeynalov (paragüllə atıcılığı)

Qeyri-olimpiya növləri üzrə ilin ən yaxşı idmançısı:

1. İrina Zaretska (karate)

2. Ülviyyə Fətəliyeva (şahmat)

3. Elvin Məmmədov (kikboksinq)

İlin ən yaxşı qadın idmançısı:

1. Jalə Əliyeva (qadın güləşi)  

2. Südabə Ağayeva (cüdo)

3. Nigar Nəsirova (atıcılıq)

İlin ən yaxşı kişi idmançısı:

1. Həsrət Cəfərov (yunan-Roma güləşi)

2. Zelim Kotsoyev (cüdo)

3. İsa Rüstəmov (ağırlıqqaldırma)

Tədbirdə həmçinin, il ərzində müxtəlif idman növləri üzrə keçirilmiş idman yarışlarının ümumi nəticəsinə əsasən aşağıdakı qalib qurumlar da təltif ediliblər:

1. Fövqəladə hallar nazirliyi

2. SOCAR

3. Daxili işlər nazirliyi

Qala gecəsinin bədii hissəsi Mərdan Kazımovun ifasında təqdim olunan musiqi nömrələri ilə davam edib və tədbir bədii hissə ilə başa çatıb.

Həmin kateqoriyadan