- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyası Göygöl olimpiya idman kompleksində bölgələr üçün toplanış təşkil edib. Allsport.az saytı xəbər verir ki, məşqlər və seminarlar təcrübəli mütəxəssislər Tərlan Poladov və Musa İsmayılov tərəfindən aparılıb.
Hazırlıqda ölkəmizin müxtəlif regionlarından 200-dən çox yeniyetmə və gənc cüdoçu iştirak edib. Artıq ənənə halı alan bu cür təlim-məşqlər yeni mövsüm üçündür. Seminarlarda bölgə məşqçilərinin nəzərinə cüdonun yeni qaydaları da çatdırılıb. Prises bir həftə davam edib.
Xatırladaq ki, bundan əvvəl federasiya Oğuz, Qəbələ, Mingəçevir, Qusar və Gürcüstanın Qori şəhərində region cüdoçuları üçün bu tipli toplantılar keçirib.