- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün güləş federasiyasının inzibati binasında aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında medal qazanmış milli üzvləri və məşqçilərinin mükafatlandırılması olub.
Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən AGF-nin rəhbəri Namiq Əliyev güləşçilərimizin qitə birinciliyindəki çıxışını şərh edərək nəticələrin ürəkaçan olduğunu bildirməklə yanaşı, qarşıdakı planlara da toxunub:
“Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır. Ümid edirik ki, Tokio Olimpiadasına lisenziyaların 80 faizini həmin yarışdan əldə edəcəyik. Qalan vəsiqələri isə digər lisenziya turnirlərindən qazanmağı planlaşdırırıq. Son Olimpiadalarda demək olar ki, 90 faiz heyətlə təmsil olunmuşuq. Hesab edirəm ki, Tokioda da ən azı 15 güləşçiylə iştirak etməliyik”.
Federasiyanın başçısı iyulda Bakıda keçiriləcək Avropa gənclərinin yay olimpiya festivalının önəmindən də danışıb, yeniyetmə güləşçilərimizin tam heyətlə festivalda iştirak edəcəyini və uğurlu nəticələr qazanacaqlarına inandığını dilə gətirib.
Namiq Əliyev sonra, AÇ-də medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatlarını təqdim edib. Sonda baş məşqçilər və vitse-prezidentlər ürək sözlərini çatdırıb. Onlar diqqət və qayğıya görə federasiya rəhbərliyini minnətdarlıq ediblər. Qeyd olunub ki, güləşçilər Tokio olimpiadasında da ümidləri doğrultmağa çalışacaq.