- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Aprelin 18-də Azərbaycan güləş federasiyasının idman şöbəsinin müdiri Yaqub Məmmədovun 75 yaşı tamam olub. Allsport.az saytı xəbər verir ki, AGF-nin prezident əvəzi Namiq Əliyev bu gün yubilyarı qəbul edib. Ona ən xoş arzularını çatdıran federasiyanın rəhbəri, ölkə güləşinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.
Öz növbəsində, təbrikə görə Namiq Əliyevə və federasiyanın kollektivinə minnətdarlığını bildirən Yaqub Məmmədov, ən böyük arzusunun qarşıdan gələn olimpiadada güləşçilərimizin uğurlu çıxış etməsinin olduğunu dilə gətirib.
SSRİ-nin idman ustası və əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi olan mütəxəssis, “Şöhrət” ordeni ilə, eləcə də FİLA-nın fəxri nişanı ilə təltif olunub. O, müxtəlif illərdə sərbəst və qadın güləş milli komandalarımızda baş məşqçi işləyib. Namiq Abdullayev məhz onun rəhbərliyi ilə Sidney olimpiadasının qazanıb.