- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Güləş yığmalarımız qarşıdakı mühüm yarışlara hazırlıq məqsədi ilə toplanışlara start veriblər. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər” Namiq və Arif Abdullayev qardaşlarının rəhbərliyi ilə Bakıda təlim-məşqə başlayıblar. Yanvarın 4-dən etibarən, komandamız gündə 2 dəfə çalışır. Hazırlıq ayın 14-dək davam edəcək.
Digər millilərimiz təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıblar. Qadınlar baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə olacaq.
Yunan-Roma güləşçiləri də Türkiyə yığmasıyla birgə TMT-də iştirak edəcəklər. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti ilə sabah start götürəcək birgə toplanış yanvarın 16-dək davam edəcək.