- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Allsport.az xəbər verir ki, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi ilə 4 nəfər mübarizə aparıb. Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.
Yeniyetmələr
60 kq
1-ci tur: Musa Ağayev – Yon Berqi (Moldova) 3:0
2-ci tur: Musa Ağayev – David Sançes (İspaniya) 3:0
3-cü tur: Musa Ağayev – Enes Tarasko (İspaniya) 3:0
Yarımfinal: Musa Ağayev – Vladislav Çurar (Ukrayna) 3:0
Final: Musa Ağayev – Yon Berqu (Moldova) 3:0
70 kq
Təsnifat: Hüseyn Əliyev – Serhat Buber (Türkiyə) 3:0
1-ci tur: Hüseyn Əliyev – Teoxaris Kuqiumtsidis (Yunanıstan) 3:1
2-ci tur: Hüseyn Əliyev – Nikolaos Makriyannis (Yunanıstan) 3:1
3-cü tur: Hüseyn Əliyev – Yon Marku (Moldova) *2:2
Yarımfinal: Hüseyn Əliyev – Felipe Milla (İspaniya) 3:0
Final: Hüseyn Əliyev – Marian Subtiriça (Rumıniya) 2:3
Gənclər
70 kq
1-ci tur: Rübail İbrahimli – Sergey Bonev (Bolqarıstan) 3:0
2-ci tur: Rübail İbrahimli – Eskil Larsen (Norveç) 5:0
3-cü tur: Rübail İbrahimli – Rolan Ardaşev (Yunanıstan) 3:0
Yarımfinal: Rübail İbrahimli – Ali Zor (Türkiyə) 1:2
Bürünc medal görüşü: Rübail İbrahimli – Sergey Bonev (Bolqarıstan) 3:0
80 kq
1-ci tur: Fərid Cabbarov – Dioqo Ferreyra (Portuqaliya) 3:0
2-ci tur: Fərid Cabbarov – Georgios Kotanidis (Yunanıstan) 3:0
3-cü tur: Fərid Cabbarov – Georgios Kuqiumtsidis (Yunanıstan) 1:3
Yarımfinal: Fərid Cabbarov – Oleq Mixov (Ukrayna) 3:0
Final: Fərid Cabbarov – Georgios Kuqiumtsidis (Yunanıstan) 3:1
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev AÇ-də ədaləti qoruyub.