- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, bu gün Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq) və Arif Niftullayev (97 kq) yarışa qoşulub.
Namaz Rüstəmov iki görüşünü keçirib. O, təsnifat görüşündə Rusiyanı təmsil edən erməni Alen Mirzoyanla qarşılaşıb. İdmançımız 3:5 hesabı ilə uduzsa da, təkrara baxıldıqdan sonra Namazın iki xal qazandığı görünüb.
Nəticədə, hakim daha iki xalı idmançımıza verib. Hesab 5:5 olduğundan və belə başa çatdığından, son xal prinsipinə əsasən idmançımız qalib elan edilib.
Bu gün Zaur Əliyev (55 kq) bürünc medal görüşünə çıxacaq.