- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı sona çatıb. Allsport.az xəbər verir ki, son yarış günündə son 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Əsgər Əlizadə debütdə ötən il böyüklər arasında dünya çempionatının finalında 55 kq-da Eldəniz Əzizliyə məğlub olan Qırğızıstan güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün Əlizadə təsəlliverici görüşə çıxıb və yenə məğlub olub.
Namaz Rüstəmov ilk mərhələdə prinsipial görüşə çıxıb. Rusiyanı təmsil edən erməni güləşçiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk hissə rəqibin 5:0 hesablı üstünlüyü ilə başa çatsa da, həmyerlimiz ikinci hissədə geridönüş etməyi bacararaq sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Ancaq növbəti görüşdə hesabda öndə olarkən səhvə yol verərək yapon rəqibinə uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Sənan Süleymanov yapon həmkarına elə ilk hissədə qalib gələrək dünya çempionatına inamlı start verib. Norveç təmsilçisini də vaxtından əvvəl məyus edən Süleymanov adını yarımfinala yazdırıb. Moldova güləşçisindən də güclü olan Sənan finala vəsiqə qazanıb. İran pəhləvanıyla həlledici qarşılaşmada uduzan güləşçimiz gümüş medalı boynundan asıb.
Arif Niftullayev ilk görüşdə Finlandiya idmançısına müqavimət göstərə bilməyib. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxmaq hüququ əldə edib və bu görüşdən də məğlub ayrılıb.