- Baxış sayı: 302
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Bu gün Rusiyanın Krasnoyarsk şəhərində 2-qat olimpiya çempionu İvan Yarıginin xatirə qran-prisinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə qadın millimizin 2 üzvü xalça üzərinə çıxıb.
Şahanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub – 2:3. Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya “tuşe” ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü 1/4 finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı isə sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib.
O, yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb. Sabah həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.