- Baxış sayı: 74
- 20 Mart 2026 11:59
- Baxış sayı: 24
- Mart 25, 2026
- 0

Rumıniyanın Yassı şəhərində qadınların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, artıq 7 tur arxada qalıb.
10 şahmatçımızdan ən yaxşı nəticə göstərən Günay Məmmədzadə (2460), son partiyada, 1-ci lövhədə, qaralarla rusiyalı Aleksandra Maltevskaya uduzub.
Gülnar Məmmədova (2385) eyni fiqurlarla belaruslu Olqa Badelkaya qalib gəlib. Hazırda hər 2 beynəlxalq ustamızın 5 xalı var. Adı ilk çəkilən təmsilçimiz 5-ci yerə enib, digəri 9-cu sıraya yüksəlib.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir.