- Baxış sayı: 109
- 02 Dekabr 2025 13:59
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov İslama Mahaçevin Ağ Evdə keçiriləcək turnirdə iştirak etməsini istəmədiyini etiraf edib.
Allsport.az xəbər verir ki, noyabrın 16-da Mahaçev UFC 322 turnirində avstraliyalı Cek Della Maddalena üzərində yekdil qərarla qələbə qazanaraq yarımorta çəkidə çempionluq kəmərini əldə edib.
Döyüşdən sonra dağıstanlı idmançı Ağ Evdə keçiriləcək turnirdə döyüşmək niyyətini açıqlamışdı.
Həbib bu mövzuya toxunub:
— Əgər Ağ Evdə turnir olarsa, məşqçi kimi kimi görmək istərdin?
— Düzünü desəm, kimin olmasının artıq əhəmiyyəti yoxdur. Əgər İslam orada olsa, bu, bizim üçün böyük hadisə olacaq. Lakin şəxsən məndən soruşsalar, İslamın Ağ Evdə döyüşməsini istəməzdim. Niyə? Sadəcə istəmirəm, — deyə Həbib bildirib.
Ağ Evdə UFC turnirinin 2026-cı il iyunun 14-də keçirilməsi planlaşdırılır.