- Baxış sayı: 108
- 02 Dekabr 2025 13:59
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

Rusiyalı qarışıq döyüş ustası İvan Emelyanenko növbəti döyüşünü dekabrın 6-da Soçidə keçirəcək.
Allsport.az xəbər verir ki, bunu təşkilatçı Vladimir Xryunov deyib.
Emelyanenkonun rəqibi iranlı Həsənn Yusif olacaq.
İvan Emelyanenkonun 37 yaşı var. O, döyüşçülər Fedor və Aleksandr Emelyanenkonun kiçik qardaşıdır. 2024-cü ilin dekabrında o, sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunaraq 1,5 il müddətinə azadlıqdan məhrum edilib. İvan cəzasını Belqorod vilayətində çəkib və sentyabrda azadlığa çıxıb.