- Baxış sayı: 143
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Hamı çalışdı ki, bu gün qələbə qazanaq və növbəti mərhələyə adlayaq. Uğurun davamını gətirəcəyimizə ümidvaram”.
Bunu allsport.az saytına Çağırış kubokunun 1/32 finalında Ukraynanın “Balta” klubunu üstələyən “Azərreyl”in gürcüstanlı voleybolçusu Mariam Qaprindaşvili dedi. Onun sözünə görə, komanda zamanla açılacacaq:
“Cavab görüşündə ilk hissəsində diqqəti bir yerə kökləyə bilmədik. Amma tədricən durumu ələ ala bildik. İmkan daxilində irəliləyəcəyik. Hədəfimiz finala çıxmaqdır”.