Həftənin rəmzi heyəti

Çempionlar liqasının rəsmi sosial şəbəkə hesabı əsas mərhələnin 6-cı turunun yekunlarına əsasən həftənin rəmzi komandasını təqdim edib.

Allsport.az xəbər verir ki, 11 futbolçudan ibarət siyahıya “Sportinq”ə qarşı matçda (3:1) qol vuran “Bavariya”nın 17 yaşlı yarımmüdafiəçisi Lennart Karl da daxil edilib.

Qapıçı: Unay Simon (“Atletik Bilbao”)

Müdafiəçilər: Niko Orayli (“Mançester Siti”), Məhəmməd Salisu (“Monako”), David Hantsko (“Atletiko Madrid”), Jül Kunde (“Barselona”)

Yarımmüdafiəçilər: Riçard Rios (“Benfika”), Lennart Karl (“Bavariya”), Şarl de Ketelare (“Atalanta”)

Hücumçular: Entoni Qordon (“Nyukasl Yunayted”), Noni Madueke (“Arsenal”), Meyson Qrinvud (“Marsel”)

Həmin kateqoriyadan