- Baxış sayı: 82
- 03 Dekabr 2024 15:19
- Baxış sayı: 174
- Dekabr 18, 2024
- 0
““Neftçi”yə keçdiyimə görə çox şadam. Böyük tarixə malik komandadır. Düşünürəm ki, istənilən azərbaycanlı futbolçu mənim yerimdə olmaq istərdi. Buna görə də var gücümlə çalışacağam ki, yeni nailiyyət və titullarla tarix yazım”.
Allsport.az saytı xəbər verir ki, bunu “ağ-qaralar”ın yeni transferi Azər Əliyev deyib. O, böyük nailiyyətlər qazanmaq, Azərbaycan çempionu olmaq, kuboklara sahib çıxmaq, avrokuboklara vəsiqə əldə edib, orada uğurlu iştirak etmək istədiyini söyləyib:
“İlk növbədə, “Neftçi”də çox yaxşı çıxış etmək istəyirəm. Əgər mənə milli komandada ehtiyac duyulsa, böyük məmnuniyyətlə millini təmsil edəcəyəm. Düşünürəm ki, hər hansı keçid irəli addımdır. Bu, təcrübədir, yeni sınaqdır. Buna görə də bu təklifi hörmətlə qəbul etdim. Ümid edirəm ki, bir müddət sonra bunu təbəssüm və qürur hissi ilə xatırlayacağam.
Əslində, universal futbolçuyam. Həm hücumda, həm də müdafiədə oynaya bilirəm. Son zamanlar müdafiədə oynadığımı nəzərə alsaq, bu mövqedə daha yaxşıyam. Bununla belə, irəlidə də çox yaxşı çıxış edə bilirəm. Məşqçi hansı mövqedə oynayacağıma qərar versə, həmin mövqedə də çıxış edib, komandama maksimum xeyir verməyə çalışacağam”.