- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

ATV-nin ictimai siyasi şöbəsində çalışan əməkdaşı Sevinc Gülməmmədova basketbolçulara dəstək nümayiş etdirib. Allsport.az-ın məlumatına görə, ölkə çempionatını maraqla izləyən ucaboylu həmkarımız superliqanın keçirildiyi texniki universitetin idman zalında basketbol geyimində və topla foto-obyektivə tuş gəlib.
O, saytımıza bildirib ki, uşaq-yeniyetmə dönəmində bu idmanla məşğul olub. Televiziyada aparıcılıq edən Sevinc ailə ənənələrini davam etdirir. Gülməmmədova “Neftçi İdman Klubu”nun mətbuat katibi, əməkdar jurnalist Tofiq Ataxanoğlunun qızıdır.