- Baxış sayı: 44
- 03 Fevral 2026 17:28
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Latviya birinci liqasında 5-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun oynadıqları “Olayne/Super Nova” doğma meydanda “Preilu” ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.
Görüşdə bütün qolların müəllifi elə start heyətdə meydana çıxan həmyerliləimiz olub. Belə ki, 27-ci dəqiqədə hesabı açan Orxan 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Vüqarın ayağı isə son 16 dəqiqədə açılıb.
O, 74, 75 və 89-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Əsgərovdan fərqli, Həsənəliyev 78-ci dəqiqədə əvəzlənib. Geridə qalan turlarda 4 xal toplayan “Olayne” 15 klub arasında 8-ci pillədə qərarlaşıb.