- Baxış sayı: 90
- 19 Mart 2026 22:26
- Baxış sayı: 174
- Mart 19, 2026
- 0

Latviya çempionatında 6-cı turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun çıxış etdikləri “Dauqava” səfərdə “Yelqava” ilə qarşılaşıb.
Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3. Bu oyunda Orxan start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Mirabdulla isə matçın iştirak ərizəsində yer almayıb.
6 turdan sonra 3 xala malik olan “Dauqava” 8 klub arasında sonuncu pillədə qərarlaşıb.