- Baxış sayı: 52
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0
Bu gün kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçusu Oleq Georgiyevskinin formasını geyindiyi «Trabzonspor» klubu Türkiyə Super Liqasında növbəti matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, 13-cü turda qaradənizlilər doğma divarlar arasında «Beşikdaş»a qarşılaşıb. Bu oyunda üstün çıxış edən İstanbul komandası 35:21 hesabı ilə qalib gəlib.
Son məğlubiyyətlər «bordo-mavililər»in yarış cədvəlində mövqeyinə təsir edib. Hazırda «Trabzonspor» 10 xalla 10-cudur.