Həndbol federasiyasının nümayəndələri Mingəçevirdə seminar keçib

Ölkəmizin yeganə AHF nümayəndə İsgəndər Əsgərov, beynəlxalq dərəcəli hakim Ernest Ağakişi və pro kateqoriyalı məşqçi Fuad Yangildin tərəfindən Mingəçevirdə keçirilən seminarda Göygöl, Qazax, Ağstafa rayonları, Gəncə və Mingəçevir şəhərlərindən olan məşqçilər iştirak ediblər.

Allsport.az saytı xəbər verir ki, əvvəlcə regionlarda bu idman növünün durumu, bu sahədəki problemlər və yeni qaydalarla bağlı məlumat verilib. Həndbol üzrə fəaliyyət göstərən məşqçilərlə ətraflı müzakirələr aparıldıqdan sonra onlara sertifikat, həmçinin top hədiyyə olunub.

Seminarın sonunda Fuad Yangildin yeniyetmə həndbolçular üçün nümunəvi məşq keçirilib. Məşq prosesi məşqçilər tərəfindən izlənilib.

Həmin kateqoriyadan