- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 72
- Noyabr 21, 2024
- 0
Göygöl olimpiya idman kompleksində Azərbaycan həndbol federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə yeniyetmələr arasında ənənəvi rayon turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışdan öncə AHF prezidenti Saleh Məmmədov və bu rayonunun icra hakimiyyətinin nümayəndəsi ümummilli liderin abidəsini ziyarət edərək, onun xatirəsinə ehtiramlarını bildiriblər.
Açılışda iştirakçıları salamlayan federasiya prezidenti, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkə idmanının inkişafında əvəzsiz rolundan və əldə olunan nəticələrdən söz açıb. Onun bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışan federasiya rəhbəri onun xatirəsinə həsr olunmuş yarışa qatılan həndbolçulara uğurlar arzulayıb. Turnirdə Gəncə, Mingəçevir, Göygöl, Qazax və Ağstavadan ümumilikdə 6 komandasının 70-ə yaxın yeniyetmə həndbolçusu qələbə uğrunda mübarizə aparır.
Yarışları federasiyanın prezidenti Saleh Məmmədovla yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan velosiped federasiyasının prezidenti Mədət Quliyev də izləyiblər. Turnirdə ilk 3 yeri tutan həndbolçulara diplom və hədiyyələr təqdim olunacaq. Qalib və mükafatçılar sentyabrda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.