Həndbol klublarımızın rəqibləri bilindi – “Azəryol” Marina Tankaskayanın keçmiş klubuna qarşı

Avropa Həndbol Federasiyasının mənzil-qərargahı Vyanada yeni avrokubok mövsümünün püşkü atılıb. Allsport.az saytının məlumatına görə, qadınlardan ibarət “Azərsu”nun EHF kubokunun ilkin ələməsində rəqibi Polşanın Lüblin şəhərini təmsil edən “Metrako Zaqlebie” klububur. İlk oyun 8-9 sentyabrda səfərdə, cavab görüşü 1 həftə sonra Bakıda olacaq.

Çağırış kubokunda mübarizə aparacaq “Azəryol” millimizin mərkəz hücumçusunun keçmiş komandasına qarşı gələcək. “Ankara Yeniməhəllə BSK” ilə 1-ci matç 10-11 noyabrda Türkiyədə, əvəz oyunu bir həftə sonra paytaxtda baş tutacaq.

Kişilərdən ibarət ölkə çempionu “Bakı”ya Bosniya və Hersoqovina klubu “Borak”  rəqib olub. İlk mücadilə 6-7 oktyabrda paytaxtda, cavab görüşü 1 həftə sonra səfərdə olacaq.

 

Həmin kateqoriyadan