- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Avropa kubokunda təmsil edəcək həndbol komandalarımızın rəqibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 2024/25-ci il mövsümünün püşkünə əsasən kişilərdən ibarət “Kür” komandasının rəqibi Kipr təmsilçisi olacaq.
Ölkə çempionu “Stravolo” kollektivi ilə qarşılaşacaq. Çempionatın gümüş mükafatçısı “Bakı” isə startda Monteneqronun “Lofçen Çetinye” komandası ilə görüşəcək.
Qadın komandalarımızdan Avropa səhnəsində Azərbaycan kubokunun qalibi olan “Kür” Yunanıstan təmsilçisi “İonias”, ölkə çempionu “Qarabağ” Lüksemburqun “Differdanj”, “Azəryol” isə Ukraynanın “Qaliçanka” klubunun həndbolçuları ilə qarşılaşacaq. Təmsilçilərimiz yarışa 2-ci mərhələdən başlayacaq.
Kişilərin turnirində bu raundun oyunları oktyabrın 19-20-i və 26-27-də, qadınların yarışında isə oktyabrın 5-6-ı və 12-13-də keçiriləcək. Avropa kuboku turnirində qitənin 63 kişi və 64 qadın komandası çıxış edəcək.