- Baxış sayı: 114
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 98
- Dekabr 05, 2025
- 0

Həndbol üzrə Avropa kuboku turnirində iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, qadınların yarışında ölkə çempionu “Azəryol” ikinci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq.
Çempionatın bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.
Kişi həndbolçuların turnirində isə Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Bəykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq. “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komanda mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu raundun ilk görüşləri oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da təyin olunub.