Həndbol millimizin heyəti bilindi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam həmrəyliyi oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət millimizin yekun heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, baş məşqçi Aleksandr Revvanın rəhbərlik etdiyi komandanın tərkibində Alyona Barbakadze, Azaliyə Həsənova, Dinarə Süleymanova, Elnarə İbrahimova, Günel Əliyeva, İranə Şükürova, İrina Mixalkoviç, Kamilə Bayramova, Lübov Rəsulova, Marta Abbasova, Mehparə Əliyeva, Rəna Həsənova, Səbinə Smagina, Səkinə Musayeva, Ülviyyə Şərifova və Yelizaveta Səlimova yer alıblar.

Noyabrın 13–21-də keçiriləcək yarışlarda seçməmiz “B” qrupunda Qazaxıstan, Özbəkistan və Qətər ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan