- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Həndbol federasiyasının hakim vəzifəsinə seçim seminarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, tədbir hakimlik və yarış qaydalarında olan yenilikləri iştirakçıların diqqətinə çatdırmaq məqsədi daşıyır. Sonda 30-a yaxın namizəd imtahan verib.
Fərqlənənlərə AHF-nin sertifikatlarını təqdim edən Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov və həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
2 gün davam edən seminarın lektorları beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi olub. AHF tərəfindən eyni seminarların davamlı olunması nəzərdə tutulub.