- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 72
- Noyabr 21, 2024
- 0
“AHF arena” idman kompleksində həndbol üzrə XXIX ölkə çempionatına start verildi. Allsport.az saytı xəbər verir ki, yarışın açılışı iştirakçıların keçidi ilə başladı. Mərasimində çıxış edən AHF-in vitse-prezidenti Orxan Abbasov, federasiyanın prezidenti Saleh Məmmədovun adından iştirakçıları yarışın başlanması münasibətilə təbrik etdi. O, ildən-ilə komanda sayının artmasının həndbolun inkişafına təkan verəcəyinə ümidvar olduğunu söylədi, klublara uğurlar arzuladı.
Gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, növbəti ölkə çempionatından sağlam rəqabət və maraqlı idman mübarizəsi gözlədiklərini bildirdi. Qeyd etdi ki, İslam oyunlarında qadın həndbol millimizin qazandığı 2-ci yer federasiyanın düzgün fəaliyyətinin bəhrəsidir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra, turnir açıq elan edildi. Azərbaycan çempionatı kişilərin yarışı ilə start götürüb. Açılış matçında “Təhsil” U-16 üzərində 49:19 hesabı ilə inamlı qələbə qazanıb. Ardınca meydançaya “Məhsul” və “Bakı” komandaları çıxıblar. Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan oyun 29:28 hesabı ilə adı ilk çəkilən komandanın xeyrinə başa çatıb. “İdman Akademiyası” – RİOEUGİM görüşündə isə şərti ev sahibi 46:28 hesablı qələbəyə sevinib.
Ölkə çempionatında ümumilikdə 7 kişi – “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM, U-16 və 5 qadın klubu “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16 mübarizə aparacaq.