- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, kişilərin final görüşündə “Azəryol” və “Bakı” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Finaladək inamla irəliləyən rəqiblərin duelində “Azəryol”un imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar.
İlk hissədə 3 xallıq üstünlük əldə edən nominal ev sahibi fasiləyə 17:14 hesablı qələbə ilə yollanıb. İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı”nın istəyi alınmayıb. Təşəbbüsü əldən verməyən “Azəryol” 35:31 hesabı ilə qalib gələrək ölkə kubokuna sahib çıxıb.
Qadın həndbolçuların final matçı da böyük maraq doğururdu. “Kür”lə “Azəryol”un qarşılaşması ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçib. Hücumları daha effektli alınan Mingəçevir həndbolçuları bu üstünlüyü ilk hissənin hesabında əks etdiriblər – 13:10.
İkinci hissəyə daha istəkli çıxan “Azəryol” yüksək əzmkarlıq sayəsində fərqi minimuma endirməyi bacarsa da artığına gücü çatmayıb. Maraqlı mübarizə “Kür”ün qələbəsi ilə başa çatıb. 28:27 və Mingəçevir təmsilçisi Azərbaycan kubokunun qalibi olub.
Bağlanış mərasimində Azərbaycan həndbol federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov, idmana göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya federasiya adından dərin minnnətdarlığını ifadə edib.
O, məhz bu diqqət və qayğının sayəsində həndbol yarışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Azərbaycan həndbol federasiyasının gələcəkdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün lazımı addımlar atacağını deyib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycan çempionatı və kuboku yarışlarının yüksək səviyyədə təşkili üçün federasiyaya təşəkkürünü bildirib. Ötən illərlə müqayisədə bu sahədə xeyli irəliləyiş hiss olunduğunu deyən nazir müavini idmançılara, hakimlərə və federasiya nümayəndələrinə uğurlar arzulayıb.
Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Beynəlxalq olimpiya komitəsinin icraiyyə komitəsinin üzvü Odet Assembe Enqulu səfər çərçivəsində belə bir yarışa dəvət almasından şad olduğunu bildirib. O, da öz növbəsində yüksək təşkilatçılığa görə AGİN və AHF-yə minnətdarlığını bildirib, Azərbaycan idmançılarına yeni-yeni uğurlar arzulayıb.
Ardınca ölkə çempionatı və kuboku yarışlarında fərqlənən komandalar mükafatlandırılıb. Kişilərin yarışında qələbə çalan “Kür” həndbolçularına qızıl medallar təqdim olunub. “Bakı” kollektivi gümüş medallarına qovuşub. “Azəryol” komandası isə bürünc medallarla mükafatlandırılıb.
Çempionluğu vaxtından əvvəl təmin edən qadınlardan ibarət “Qarabağ” qızıl medallara sahib çıxıb. Yarışı ikinci yerdə bitirən “Kür” gümüş medallarla təltif olunub. Çempionatı üçüncü pillədə başa vuran “Azəryol” isə bürünc mükafatlarına qovuşub. Həmçinin “Kür” və “Azəryol” kollektivlərinə ölkə kuboku təqdim olunub.