Həndbol üzrə ölkə çempionatının püşkü atıldı

“ABU-Arena”da həndbol üzrə ölkə çempionatının superliqasının püşkü atıldı. Allsport.az saytı xəbər verir ki, iştirakçı sayında dəyişiklik olmayıb. Ötən mövsüm olduğu kimi, qadınlarda 6, kişilərdə 4 klub mübarizə aparacaq. Sadəcə, zəriflərin rəqabətində Mingəçevir “Nur”unu Tiflis “Olimpiya”sı əvəzləyib. Digər komandalar paytaxtı təmsil edirlər. Yarışın təntənəli açılışı oktyabrın 6-da saat 17:00-da olacaq. Kişilər gələn ayın 21-də mücadiləyə başlayacaqlar. Xatırladaq ki, ötən çempionatda “Azərsu” və “Bakı” komandaları 1-cu yer tutmuşdu.

Superliqa, 1-ci tur

Qadınlar
13:00 “Gənclərbirliyi” – “Azəryol”
15:00 “İdman Akademiyası” – “Qarabağ”
18:00 “Azərsu” – “Olimpiya”

Kişilər
13:00 “Təhsil” – “Məhsul”
15:00 U-16 – “Bakı”

 

Həmin kateqoriyadan