- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 69
- Noyabr 21, 2024
- 0
Şağan olimpiya idman kompleksinin açıq meydançasında həndbolçu qızların seçim yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmətlər agentliyinin dəstəyi və xüsusi olimpiya komitəsinin təşkilatçılığı ilə baş tutub.
Ən güclü divizionda 1-ci yeri sərbəst məşqçi Lüdmila Qasıyevanın komandası tutub. Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 2-ci, Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbinin komandası 3-cü olub.
Yarış xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisə şagirdlərindən, məzunlarından, eyni zamanda ailələrdən olan idmançılar arasında xüsusi olimpiya proqramına uyğun keçirilib.
Turnirdə 12 komandanın tərkibində 120 nəfər mübarizə aparıb. Yarış 2022-ci ilin beynəlxalq turnirlərinə seçmə xarakteri daşıyır.