- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 27
- Mart 26, 2026
- 0
Dünən kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında mənsub olduqları klublarda növbəti matçlara çıxıblar.
Allsport.az saytı xəbər verir ki, 18-ci turda Oleq Georgiyevskinin çıxış etdiyi «Trabzonspor» səfərdə «Nülufər» komandası ilə qarşılaşıb.
Matç qara dənizlilərin minimal fərqli məğlubiyyəti ilə tamamlanıb – 27:28. «Bordo-mavililər» hesabında 17 xal var; yarış cədvəlində 6-cı pillədə qərarlaşıblar.
Sergeyin Georgiyevski və Valeri Parşkovun formasını geyindiyi «Antalyaspor» doğma divarlar arasında «Rainbov Kayseri »ni 24:22 hesabı ilə üstələyib. Cənublular 13 xalla 12-ci yerdə qalıblar.