FOTO
Həndbolçularımız karantindən səmərəli istifadə edirlər

Ötən ilin mart ayında koronavirus pandemiyası səbəbindən ölkədə rəsmən sərt karantin rejimi elan olundu və belədə, hər yerdə olduğu kimi, bizdə də zallar bağlandı, komandaların çıxışı dayandı. Allsport.az saytının məlumatına görə, yarımçıq dayandırılan çempionatlardan biri həndbol oldu, son 5 tur oynanılmadı. Avqustda müxtəlif yaş qrupları üzrə komandalar açıq havada məşqləri bərpa etdilər. Təcrid günlərindən daha səmərəli istifadə etmək üçün, nişanlı olanlar evlənməyə qərar verdilər, ailəlilər isə övlad barədə düşündülər.

“Azərsu”nun mərkəz həndbolçusu Marta Abbasova həmkarına ərə gedib. Onun həyat yoldaşı “Bakı”nın yarımorta və künc oyunçusu İslam Slemanovdur. Cütlük xeyli müddətdir birgəydi, amma münasibətlərin rəsmiləşməsi pandemiya dönəminə düşüb.

Maraqlıdır ki, Ukrayna yığmasının və “Azəryol”un qapıçısı Yelizaveta Xülyazəddinovanın ömür-gün yoldaşı da həmkarı, paytaxtın eyni adlı komandasının üzvüdür. Üzeyir Səlimov mərkəz və yarımorta mövqeyində çıxış edir. Cütlük 2019-cu ilin yazında evlənsə də, onların oğlan övladı 2021-ci ilin yanvarına təsadüf edib.

Yığmamızın və “Azəryol”un keçmiş həndbolçusu Mariya Raçiteleva xeyli vaxtdır okeanın o tayında, Los-Ancelesdə yaşayır. Bakı-2017 İslam oyunlarının qalibi münasibəti 2020-ci ilin 28 mayında, Azərbaycanın respublika günündə rəsmiləşdirib. O, ötən ilin noyabrında ana olub. Fitnes təlimatçısının qızı var.

Millinin və “Azəryol”un mərkəzi və xətlərarası oyunçusu Aytən Qəhrəmanova isə, bu günlərdə ailə həyatı qurub. Həndbolçumuz xoş gününü sosial şəbəkədə paylaşıb.

Marta Abbasova – İslam Slemanov

Üzeyir və Yelizaveta Səlimovlar

Nikita Bloxin – Mariya Raçiteleva

Süleyman Eminov – Aytən Qəhrəmanova

Həmin kateqoriyadan