- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Paytaxtda ümummilli lider Heydər Əliyevin 95 illiyinə kişi həndbolçuların beynəlxalq turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan və Gürcüstanın komandaları mübarizə aparırlar.
Turnirin açılışında federasiyanın vitse-prezidenti Orxan Abbasov dahi şəxsiyyətin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı ilə başlayıb. O, Heydər Əliyevin idmana göstərdiyi diqqət, qayğıdan danışıb, prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını deyib.
Vitse-prezident təmsilçilərimizin idmanın hər bir sahəsində əldə etdiyi nailiyyətlərin uğurlu siyasətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Orxan Abbasov qonaqları gürcü dilində də salamlayıb və komandalara uğurlar arzulayıb.
Sonra yarışın ilk gününün qarşılaşmaları keçirilib. “Bakı” klubu Gürcüstanın U-20 kollektivini 36:34, “Məhsul” 37:28 hesabı ilə “Batumi”ni üstələyib. Turnirə sabah yekun vurulacaq.