- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Həndbolçuların ölkə çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, superliqanın bağlanış mərasimində çıxış edən AHF-nin vitse-prezidenti Orxan Abbasov iştirakçılara federasiyanın prezidenti Saleh Məmmədovun salamını çatdırıb. O, ölkədə idmana göstərilən yüksək dövlət qayğısından söz açaraq, beynəlxalq arenalarda qazanılan uğurların, məhs bunun məntiqi nəticəsi kimi qiymətləndirib. Yarışın qalib və mükafatçılarını təbrik edən federasiya rəsmisi, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.
Fəxri kürsüdən kənarda qalan həndbolçulara ruhdan düşməməyi tövsiyyə edən vitse-prezident, səhvlərdən nəticə çıxarmağın və yeni mövsümə daha yüksək hazırlıq keçməyin vacibliyini vurğulayıb. 24-cü ölkə çempionatı ilə müqayisədə, başa çatan mövsümün daha gərgin və maraqlı mübarizə ilə yadda qaldığını deyən Orxan Abbasov, növbəti çempionata yeni komandaların qatılması və rəqabətin yüksəldilməsi üçün bütün qüvvələrin səfərbər olunacağını bildirib.
Qeyd edək ki, həndbol üzrə ölkə çempionatında 6 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparıb. 2017-ci il, oktyabr ayının 17-də start verilən yarışlarda ümumilikdə 84 oyun keçirilib. Qadınlarda ilk 3 yeri müvafiq olaraq “Azərsu”, “Azəryol” və “Nur”; kişilərdə “Bakı”, “Məhsul” və “Təhsil” klubları tutublar.