- Baxış sayı: 49
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0
Həndbol üzrə Azərbaycan kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, qadınların yarışı 2 qrupda keçirilir. Qaliblər birbaşa finala çıxacaqlar. Kişilərdə mübarizə dairəvidir.
İlk oyun günündə “Gənclər Birliyi” debütant “İdman Akademiyası”na 26:27 hesabı ilə uduzub. Digər qarşılaşmada “Azərsu” komandası “Nur”u üstələyib – 25:24.
Kişilərdə “Bakı” klubu “Təhsil”i yenib (37:26). “Məhsul” RİOEUGİM-in yetirmələrini 32:23 hesabı ilə məğlub edib. Yarışın ilk mərhələsinə dekabrın 17-də yekun vurulacaq.