- Baxış sayı: 39
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Həndbolçuların ölkə kuboku davam edir. Allsport.az saytı xəbər verir ki, qadınların yarışında “Qarabağ” komandası “İdman Akademiyası”na 39:26 hesabı ilə qalib gəlib. “Azərsu” və “Azəryol” komandalarının görüşü heç-heçə başa çatıb (30:30).
Kişilərin mübarizəsində “Bakı” kollektivi “Məhsul”u 28:22 məğlub edib. RİOEUGİM-in yetirmələri “Təhsil”ə böyük fərqlə uduzublar (23:38).