- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın Türkiyə Superliqasında çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» pley-offa qələbə ilə başlayıb.
Allsport.az saytı xəbər verir ki, 22 oyundan (+16=2-4) 34 xal toplayaraq, «Qastamoğlu» klubu ilə birgə əsas mərhələdə 4-5-ci yerləri bölüşən paytaxtlılar, növbəti paundda elə bu rəqiblə görüşüb.
İlk matçda həmyerlimizin komandası səfərdə 33:28 hesabı ilə qalib gəlib. 2-ci oyun ayın 11-də Anqarada baş tutacaq.