- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara», Rusiya Super Liqasında 17-cü tur çərçivəsində doğma divarlar arasında «Astraxanoçka» klubu ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, Volqaqrad təmsilçisi güclü rəqibə qarşı oyunda təşəbbüsü elə ilk dəqiqələrdən ələ alıb. Bunun nəticəsi kimi fasiləyə üstün yollanıb (12:8). Növbəti yarıda da sayıqlıqı əldən verməyən meydan sahibələri rəqibi evə məğlub yola salıb – 29:25.
Artıq «ağ-göylər» üçün çempionat oyunları başa çatıb. 18 matçdan 13 qələbə və 1 heç-heçə edən «Dinamo-Sinara», 27 xalla yarış cədvəlində 4-cü yerdə qərarlaıb. Əgər ondan 1 xal az yığan Zveniqorod «Zvezda»sı son turda qalib gəlməzsə, volqaqıradlılar yarışı bürünc mükafatın bir addımlığında başa vuracaqlar.
İndi həmyerlimizin komandası bütün gücünü Avropa Çempionlar Liqasına yönəldə bilər. Əsas raunda 1-ci qrupda yer alan «Dinamo-Sinara» 10 xalla 2-ci pillədədir. «Polislər» növbəti görüşünü martın 8-də evdə Almaniya Türingerinə qarşı keçirəcək.